Binəqədidə kafedə partlayış - 3 nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Binəqədidə kafedə partlayış - 3 nəfər xəsarət alıb


Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış baş verib, 3 nəfər xəsarət alıb.

Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***16:40

Paytaxtın Binəqədi rayonundakı obyektdə partlayış baş verib.

Bu barədə Far.Az-in "Qaynar xətt"inə görüntülər daxil olub.

Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.

Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Far.Az-ə bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Sabunçuda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti dayandırıldı
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər