62 yaşlı kişi hərbi xidmətdən yayınan şəxs kimi qeydə alınıb
Far.Az xəbər saytı

62 yaşlı kişi hərbi xidmətdən yayınan şəxs kimi qeydə alınıb


Almaniyada uzun illər yaşayıb təqaüdə çıxandandan sonra Türkiyəyə qayıdan 62 yaşlı Ali Osman Metan gözlənilməz vəziyyətlə qarşılaşıb. O, bu ilin iyulunda "ikili vətəndaşlıq" aldıqdan sonra yol polisi yoxlamasında hərbi xidmətdən yayınan şəxs kimi qeydiyyatda olduğu ortaya çıxıb.

Far.Az xəbər verir ki, 1980-ci ildə 17 yaşında Ordu şəhərindən Almaniyaya gedən və maliyyə məsləhətçisi kimi işləyən Metan 1988-ci ildə Almaniya vətəndaşlığına keçib.

Türkiyəyə qayıtdıqdan sonra vətəndaşlığını bərpa edən Metana polis yoxlamasından sonra hərbi xidmətlə bağlı tibbi komissiyaya yönləndirilməsi barədə bildiriş təqdim olunub.

62 yaşlı Metan hazırda Ordu Dövlət Xəstəxanasında tibbi komissiyanın qərarını gözləyir:

"Sağlamlığım uyğun olsa, gedib xidmətimi edərəm. Bu yaşdan sonra da olsa borcumu yerinə yetirməkdən çəkinmirəm", – deyə o bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər