Aygün Kazımovanın "Can ol"u 2025-ci ilin mahnısı oldu
Far.Az xəbər saytı

Aygün Kazımovanın "Can ol"u 2025-ci ilin mahnısı oldu


Artıq uzun müddətdir yutub platformasında "trend" bölümü ləğv edilib. Bunun yerinə isə "Youtube Charts" bölümü yaranıb.

BAKU.WS xəbər verir ki, bu bölümdə isə bir il ərzində ən çox dinlənilən mahnılar yer alır.

Bu siyahıda 1 illik dinlənmədə birinci yerdə Xalq artisti Aygün Kazımovadır. Ölkənin əsas ulduzunun "Can ol" mahnısı ilin ən çox dinlənilən ifası olub. Mahnı 38,1 milyon dəfə dinlənilib.

Bəstə yutubda 42 milyondan çoxbaxış toplayıb. Pop kraliçanın daha bir mahnısı ilk onluğa daxil olub.

Belə ki, dünya trendinə düşən və yayımlandığı gündən dillər əzbəri olan "S.O.S" siyahıda yeddinci yerdədir.

Mahnının yutubda baxışı 56 milyonu ötüb.

Qeyd edək ki, "Can ol" mahnısının müəllifi YAP10, "S.O.S"un isə musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) nəxsusdur.

Oxşar xəbərlər

Bu yay Azərbaycanda ən çox dinlənilən MAHNILAR - SİYAHI
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər