Qızlardan ibarət Azərbaycan millilərinə namizəd basketbolçulara baxış prosesi keçirilib
Azərbaycan Texniki Universitetinin idman zalında, Azərbaycan Basketbol Federasiyasının Məşqçilər Şurası tərəfindən qızlardan ibarət milli komandalara namizəd oyunçulara baxış prosesi keçirilib.
Federasiyanın mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkayanın rəhbərlik etdiyi baxış prosesində Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç kimi məşqçilər də iştirak ediblər.
U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.
Qeyd edək ki, baxış prosesinin əsas məqsədi qarşıdakı illərdə qızlardan ibarət müxtəlif yaş qrupları milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.
Oxşar xəbərlər
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycan Basketbol Federasiyası milliyə namizəd yeniyetmələrə baxış keçirəcək
Fərid Qayıbov İdman-Konsert Kompleksindəki idman bölmələrinə baxış keçirib
Mehriban Əliyevanın doğum günüdür
Bu gün əməkdar artist Aygün Bəylərin doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib
-
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib













