Azərbaycan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat imkanlarını genişləndirir
Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarının inkişafı Asiya və Avropa arasında yükdaşımaların şaxələndirilməsinə kömək edir və Mərkəzi Asiya ölkələrinin qərb bazarlarına çıxışını genişləndirir.
"Far.Az"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Qismət Gözəlov "Mərkəzi Asiya və Azərbaycanın qitələrarası beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda bildirib.
Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş tədbir Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib.
Səfir regionun tranzit imkanlarının genişləndirilməsi üçün Orta Dəhlizin, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun, Xəzər üzərindən multimodal daşımaların, Lapis-Lazuli marşrutunun və TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın infrastrukturunun inkişafından danışan diplomat Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılmasını və Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi üzrə işləri qeyd edib. Onun sözlərinə görə, Ələt limanı ərazisində inşa edilən beynəlxalq yük hava limanının istifadəyə verilməsi 2027-ci ilə planlaşdırılır.
Q.Gözəlov həmçinin Orta Dəhlizin inkişafında Azərbaycan, Türkmənistan və Qazaxıstan limanlarının mühüm rolunu qeyd edib.
Onun sözlərinə görə, Bakı və Türkmənbaşı limanları arasında yükdaşımaların genişləndirilməsi regionun tranzit potensialının artırılmasına kömək edir. O, həmçinin Türkmənistan və Qazaxıstanın enerji resurslarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına nəqlində Azərbaycanın rolunu diqqətə çatdırıb.
Diplomat bildirib ki, 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatında Azərbaycanın sədrliyi siyasi dialoqun genişləndirilməsinə, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə və nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək.
Konfransda Türkmənistan Xarici İşlər Nazirliyinin, diplomatik missiyaların, dövlət orqanlarının, nəqliyyat-logistika sahəsinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













