Prokuror Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cəza istədi
Far.Az xəbər saytı

Prokuror Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblərə cəza istədi


Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda sonuncu iki şahidin ifadəsi elan edildikdən sonra məhkəmə istintaqının yekunlaşması elan edilib.

Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən əcnəbilərin hər üçünün ayrı-ayrılıqda 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən şəhid ailələri isə ərəblərin törətdiyi əməlləri onların yol verdiyi bir səhv kimi qiymətləndirilməsini xahiş edib və onları bağışladıqlarını deyiblər.

Vəkillər müdafiə çıxışlarına hazır olmadıqlarına görə vaxt istəyiblər.

Növbəti iclas dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsində: Təqsirləndirilənlərin həbsini istəyirəm
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayıb
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər