Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair sənəd imzalanıb
Far.Az xəbər saytı

Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair sənəd imzalanıb


İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.

Far.Az bu barədə AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, qurumun icraçı direktoru Yusif Abdullayevlə Palatanın vitse-prezidenti Avasbek Kerimbayev arasında görüş keçirilib.

Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı Azərbaycan tərəfinin iştirakı ilə İssık-Kul gölü sahilində inşa edilən hotel layihəsinin artıq tamamlanma mərhələsində olduğu və obyektin 2026-cı ilin may ayında istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib. Hotelin açılışı çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumunun təşkil olunması perspektivi də nəzərdən keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər