"Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı
Far.Az xəbər saytı

"Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı


Prezident İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Far.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılır.

Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə olunub.

"Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin sərəncamla "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293 (Cild I) 2-ci hissəsində "əmək və əhalinin sosial müdafiəsi" sözləri "maliyyə" sözü ilə və "Direktorlar Şurasının" sözləri "İdarə Heyətinin" sözləri ilə əvəz edilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər