Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi
Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
BAKU.WS xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənin 17 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Çıxış üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından növbəti proses dekabrın 17-nə təyin olunub.
Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çox sayda bədən xəsarəti yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29.120.2.2, 29.120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.
Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluq yaşayıb. Növbəti dəfə isə onun əməli residiv sayılaraq onun daha ağır cəza ilə həbs olunması təklif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
KİV: ABŞ neft tədarükünü dayandırmaq üçün Kubaya dəniz blokadası tətbiq edə bilər













