Çox insanın gözlədiyi XOŞ XƏBƏR - Yaxın günlərdə...
Ölkənin biotəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin icrasında dövlətlə bir yerdə sahibkarlar da yaxından iştirak edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Hazırda bazarda son tamamlama işləri görülməkdədir. Yaxın günlərdə Bərdə heyvan bazarının fəaliyyətinə icazə veriləcək.
Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"na uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Qalereya
Oxşar xəbərlər
AQTA: Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
-
Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ













