"Azəriqaz" 22 il əvvəl ölən qadının adına borc hesabladı, məhkəmə borcun silinməsinə qərar verdi
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 22 il əvvəl vəfat edən qadının adına 2020-ci və 2024-cü illər arasında ümumilikdə 12 824.40 manat borc hesablanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı mərhumun nəvəsi məhkəməyə müraciət edib.
İşin hallarına görə, "Azəriqaz" İB tərəfindən 2020-2024-cü illər ərzində aktlar tərtib edilib, aktlarda sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunduğu qeyd edilib. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gövhər Məmməd qızı 2003-cü ildə vəfat edib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş fərdi evə quraşdırılan qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməyib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilib. Cavabdeh tərəfindən hesablanmış 12 824.4 manat məbləğində borc silinib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Beynəlxalq səyyahlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"













