Almaniyanın qida avadanlıqları istehsalçıları Azərbaycan biznesi ilə danışıqlar aparacaqlar
Far.Az xəbər saytı

Almaniyanın qida avadanlıqları istehsalçıları Azərbaycan biznesi ilə danışıqlar aparacaqlar


Bakıda oktyabrın 27-də qida sənayesi avadanlıqları və qablaşdırma texnologiyaları sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş Almaniya-Azərbaycan biznes-konfransı keçiriləcək.

"Report" Almaniya-Azərbaycan Xarici Ticarət Palatasına ("AHK Azerbaijan") istinadən xəbər verir ki, proqrama plenar iclas, həmçinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında fərdi B2B görüşlər silsiləsi daxildir.

Almaniya nümayəndə heyətinin səfəri Beynəlxalq Bazarlara Təşviq Proqramı çərçivəsində baş tutacaq. Bu proqram Almaniyanın kiçik və orta biznesi üçün nəzərdə tutulub və ölkənin Federal İqtisadiyyat və Energetika Nazirliyinin tapşırığı ilə həyata keçirilir.

Layihənin əlaqələndirilməsi ilə "COMMIT Project Partners GmbH" şirkəti "AHK Azerbaijan" və Almaniya İqtisadiyyatının Şərq Komitəsi ilə birgə məşğul olur.

Nümayəndə heyətinin tərkibinə Almaniyanın aparıcı istehsalçıları və texnologiya müəssisələri daxil olub.

Onların arasında "Bühler GmbH", "Elea Technology GmbH", "HAVER & BOECKER OHG", "KRONEN GmbH", "Langguth GmbH", "Peter Binder GmbH", "Plattenhardt + Wirth GmbH" və "SOMIC Verpackungsmaschinen GmbH & Co. KG" var.

Təşkilatçılar qeyd edib ki, Azərbaycanın aqrar-sənaye sektorunun və qida sənayesinin fəal modernləşdirilməsi fonunda ölkə bazarı yüksək texnologiyalı avadanlıqların xarici tədarükçüləri üçün əhəmiyyətli perspektivlər açır. Nümayəndə heyətinin məqsədi isə Azərbaycan istehsalçıları, investorları və distribyutorları ilə birbaşa əlaqələr qurmaq, innovativ həlləri nümayiş etdirmək və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etməkdir.

Konfrans zamanı iştirakçılar qida məhsullarının emalı, qablaşdırma sistemləri, sənayenin avtomatlaşdırılması və müasir istehsal infrastrukturunun formalaşdırılması sahəsində qabaqcıl alman texnologiyaları ilə tanış olacaqlar. Fərdi B2B danışıqları formatı Azərbaycan şirkətlərinə öz təşəbbüslərini təqdim etmək, texnoloji tələbatlarını bildirmək və birbaşa əməkdaşlıq perspektivlərini nəzərdən keçirmək imkanı verəcək.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər