Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Far.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Verilən məlumata görə, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib. Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakimi Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də iştirak ediblər. Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib.
Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.
Qalereya
Oxşar xəbərlər
"SOCAR Midstream" ağacəkmə aksiyası keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Baku Steel Company ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Amsterdamın mərkəzi etirazlar səbəbindən yüksək riskli zona elan edilib













