Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü - Təfərrüat
Far.Az xəbər saytı

Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü - Təfərrüat


Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb.

İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub.

Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğlunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb.

Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, Ayxan Vəlizadə ailənin bir oğludur, onun özündən kiçik iki bacısı var.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər