"Location"dakı partlayışa görə məhkum edilən menecer azadlığa çıxdı
Far.Az xəbər saytı

"Location"dakı partlayışa görə məhkum edilən menecer azadlığa çıxdı


Üç il əvvəl Bakıda dörd nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib.

O.Səfərlinin cəzasının qalan 1 il 2 aylıq hissəsi şərti hesab edilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.

Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər