ABŞ-də Brown Universitetində silahlı hücum: ölən və yaralananlar var
ABŞ-nin Rhode Island ştatının Providence şəhərində yerləşən Brown Universitetində silahlı hücum baş verib. Hadisə nəticəsində iki tələbə həyatını itirib, doqquz nəfər yaralanıb.
Məlumata görə, hücum şənbə günü imtahanların keçirildiyi binalardan birində baş verib.
Far.Az xəbər verir ki, silahlı şəxs sinif otağına daxil olaraq atəş açıb və hadisə yerindən qaçıb. Şübhəlinin saxlanılması üçün kampus ərazisi mühasirəyə alınıb, yüzlərlə polis əməkdaşı axtarışlara cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların əksəriyyətinin vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir. Ölən və yaralananların kimliyi hələlik açıqlanmayıb.
Universitet rəhbərliyi təhlükəsizlik səbəbilə kampusun bəzi hissələrində tələbələrə yerlərini tərk etməməyi tövsiyə edib, planlaşdırılan imtahanlar isə ləğv olunub.
Hadisə ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Rhode Island ştatının qubernatoru başsağlığı verib. Araşdırma davam edir, hücumun motivi və şübhəlinin universitetlə əlaqəsi hələlik məlum deyil.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













