Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Bakıda keçirilən "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbiri çərçivəsində Macarıstan tərəfi ilə keçirilən görüşündə Azərbaycanın "ASAN xidmət" modeli ilə yanaşı, ASAN könüllülük konsepsiyasının da öyrənilməsinə xüsusi maraq ifadə olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, Agentliyik sədri Macarıstanın regional inkişaf və kənd inkişafı naziri Viktoriya Lorints ilə yanaşı, Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca, Türkiyənin Kibertəhlükəsizlik İdarəsinin rəhbərinin müavini Yusuf Tancan, Yunanıstan daxili işlər nazirinin müavini Paraskevi Xaralampocyanni, Sent-Vinsent və Qrenadinin təhsil, innovasiya, rəqəmsal transformasiya və informasiya sahələri üzrə dövlət naziri Lavern Kinq, Madaqaskarın əmək, məşğulluq və dövlət qulluğu naziri Denis Frankonio Mak və Seneqalın dövlət qulluğu, əmək və dövlət qulluğu islahatları naziri Mamadu Lamin Diante ilə görüşüb.
Qonaqlar Bakıda keçirilən "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sammitin dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan və səmərəli təşkili, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma olduğu qeyd edilib.
Pakistan tərəfi ilə keçirilən görüşdə "ASAN xidmət" modelinin bu ölkədə uğurla tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun və əlçatanlığının artırılmasına verdiyi töhfə diqqət mərkəzində olub.
Tədbir çərçivəsində pakistanlı nazir "ASAN xidmət" ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Yunanıstan tərəfi ilə görüşdə "ASAN xidmət" modelinin fəaliyyəti və tətbiq imkanları diqqət mərkəzində olub, bu təcrübənin öyrənilməsinə maraq ifadə edilib.
Sent-Vinsent və Qrenadin tərəfi də "ASAN xidmət" modelinin öyrənilməsi və ölkədə tətbiqi imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildirib.
Madaqaskar tərəfi Azərbaycan brendi olan, vətəndaşlara əlçatan, şəffaf və bürokratik maneələrdən kənar dövlət xidmətləri modelinin – "ASAN xidmət"in fəaliyyət prinsipləri ilə tanış olmaq, bu təcrübəni öyrənmək və ölkələrində tətbiq imkanlarını nəzərdən keçirməkdə maraqlı olduğunu ifadə edib.
Seneqal tərəfi ilə görüş zamanı 2025-ci ilin iyunun 3-də tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər planına dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
Viktoriya Bekhemin 35 milyon dollarlıq 15 NİŞAN ÜZÜYÜ - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













