Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı
Far.Az xəbər saytı

Qatı duman Muğanlı-İsmayıllı yolunda sürücülərə çətinlik yaratdı


Muğanlı-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində müşahidə olunan qatı duman sürücülərə çətinlik yaradır.

Sürücülər yaxın vuran işıqlardan istifadə etməklə ara məsafəsini qorumağa və aşağı sürətlə hərəkət etməyə çalışırlar. Havanın yağmurlu və şaxtalı keçməsi yolun buzlaşmasına səbəb olub ki, bu da qəza riskini artırır.

"Çox çətinlik çəkirik, sürücülər yollarda qalırlar. Hər kəsdən xahiş edirəm ki, ehtiyatlı olsunlar, balaları evdə onları gözləyirlər", - deyə sürücü Əzizxan Bədəlov söyləyib.

Dumanlı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, dumanlı havanın digər hərəkət iştirakçılarına, eləcə də yollardakı nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına nəzarət etmək, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur:

"Həmçinin bu cür havalarda yolun hərəkət hissəsi və kənarlarının aydın görünməsində çətinlik yarandığını nəzərə alaraq, piyadalardan da yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".

Ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Naxçıvanda dumanlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər