Naxçıvanda dumanlı hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ
Naxçıvanda DYPİ dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Far.Az-ə bildirilib ki, hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib.
Bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçədə parklanma LƏĞV EDİLİR
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk













