2025-ci ildə ən yüksək məbləğdə sığorta ödənişi nə qədər olub? - RƏSMİ CAVAB
Far.Az xəbər saytı

2025-ci ildə ən yüksək məbləğdə sığorta ödənişi nə qədər olub? - RƏSMİ CAVAB


Avtomobil qəzaları zamanı ödənilən sığorta və kompensasiya məbləğləri cəmiyyət üçün hər zaman maraq doğuran mövzulardan biri olub.

BAKU.WS xəbər verir ki, xüsusilə ağır yol-nəqliyyat hadisələri zamanı ödənilən rekord məbləğlər həm sığorta sisteminin imkanlarını, həm də qəzaların iqtisadi nəticələrini ortaya qoyur.

Bəs 20025-ci ildə avtomobil qəzaları ilə bağlı ən yüksək ödəniş nə qədər olub?

Azərbaycan Sığortaçılar Assosiasiyasından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin hesabatı açıqlanmış yanvar-oktyabr aylarında nəqliyyat hadisələri ilə əlaqədar ən böyük ödəniş kasko sığortası növü üzrə həyata keçirilb və baş vermiş müvafiq yol-nəqliyyat hadisəsi üzrə avtonəqliyyat vasitəsi sahibinə 178 min 900 manat sığorta ödənişi verilb:

"Hesabat dövrü ərzində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə isə baş vermiş sığorta hadisəsinə münasibətdə ödənişmiş sığorta məbləği adıəkilən sığorta növü üzrə müəyyənləşdirilmiş maksimum məbləğ həcmində, yəni 5000 manat təşkil edib".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər