Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
Sumqayıt Dövlət Universitetində (SDU) hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.
Rektor qeyd edib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğundan ixtisasların genişləndirilməsi istiqamətində işlər aparılır.
Onun sözlərinə görə, Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə kadr hazırlığı təcrübəsinə uyğun olaraq, SDU-da da yeni ixtisasların açılması nəzərdə tutulur:
"Sumqayıt Dövlət Universitetində növbəti illərdə hüquqşünaslıq və tibb ixtisaslarının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. Əlbəttə, ilk növbədə hüquqşünaslıq ixtisasının açılması nəzərdə tutulur.
Çünki bu sahədə kadr hazırlığına başlamaq üçün ciddi problem yoxdur. Mövcud infrastruktur tələbə qəbuluna və tədrisin təşkilinə imkan verir.
Bu, region üçün də çox önəmlidir. Abşeron-Xızı ilə yanaşı, təhsil coğrafiyasında mühüm yer tutan Quba-Xaçmaz iqtisadi rayonu da əhəmiyyətli bölgələrdən biridir. Burada 1.2 milyondan artıq əhali yaşayır. Eyni zamanda, sözügedən ərazidə kənd təsərrüfatı sahəsi üzrə ixtisasların açılması barədə də düşünürük.
Bu il iki yeni ixtisas üzrə kadr hazırlığının təşkili ilə bağlı müvafiq sənədləri nazirliyə təqdim etmişik.
Bunlar data analitikası və proqram mühəndisliyi ixtisaslarıdır. Hesab edirəm ki, növbəti tədris ilindən Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək".
Oxşar xəbərlər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
-
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb













