Gömrük Komitəsindən Biləsuvar gömrük postundakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Gömrük Komitəsindən Biləsuvar gömrük postundakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA


"Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin "Biləsuvar" gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb. Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər".

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, gün ərzində "Biləsuvar" gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla, ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir:

"Dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmalarına, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etmədiklərinə görə gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib".

"Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir", - deyə məlumatda vurğulanıb.

***09:48

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlarımız Biləsuvar gömrük postunda problemlə üzləşib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Gömrük Komitəsindən Biləsuvar gömrük postundakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA

Bildirilib ki, Naxçıvandan gələn sərnişinlər sübh tezdən - saat 04:27-dən indiyə qədər Biləsuvar gömrük postunda qalıb.

Havanın soyuq keçməsi onların işini daha da qəlizləşdirib. Açıq havada gözləyən vətəndaşlar saatlardır açıq havada qalıblar.

Şikayətçi bildirir ki, bu barədə onlara heç bir açıqlama verilməyib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb, məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Banu Hüseynli

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Baku Ekspo Mərkəzinə avtobusla getmək ÇƏTİNLƏŞİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər