Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.
"Far.Az" xəbər verir ki, .əxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.
HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"













