Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilib.
Bu barədə "Report"a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada "İslam Dövləti Xorasan Vilayəti" (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.
Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə gedib, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılıb.
Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













