Mərkəz: Xəzərdə suiti ölümləri norma daxilindədir
Far.Az xəbər saytı

Mərkəz: Xəzərdə suiti ölümləri norma daxilindədir


Hazırda Xəzər dənizində suiti ölümləri norma daxilindədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

"Bu məsələ Xəzərin Su Bioresursları Komissiyasının iclasında çox geniş müzakirələr olundu. Hər bir ölkə ölüm sayını açıqladı və suiti ölümlərin norma daxilində olduğu göründü. Xəzərdə kifayət qədər suiti populyasiyası var və onlar müxtəlif, o cümlədən təbii səbəblərdən ölə bilərlər. Bunlar, su heyvanıdır, Xəzərdədir və heç bir təbii düşməni yoxdur. Ölüm hallarını Rusiya və Qazaxıstandan olan tərəfdaşlarımız da araşdırır. Xəzər ümumi bir hövzədir və buradakı bütün ekosistem qonşu ölkələrlə koordinasiyalı şəkildə araşdırılır, öyrənilir və məlumat mübadiləsi edilir", - deyə o qeyd edib.

C.Əliyevin sözlərinə görə, suitilərin sayının azalmasında iqlim amilləri üstünlük təşkil edir: "Çünki Xəzərin şimalındakı buzlaqlar azalır. Amma balıqçı torlarına ilişmə halları da var. Amma əsasən ekoloji amillər rol oynayır. Ümumiyyətlə, hazırda dənizin ekoloji durumu çox da ürəkaçan deyil".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Balıqçılıq və Akvakultura Mərkəzinin beynəlxalq və yerli fəaliyyəti məlum olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər