Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə qurultay nümayəndələri ilə yanaşı, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin həmkarlar ittifaqının rəhbərləri də iştirak ediblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına salamlama məktubunu oxuyub.
Qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş komissiyasının hesabatı, yeni Nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.
Mandat komissiyasının məruzəsi dinlənildikdən sonra AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfederasiya sədri Sahib Məmmədov hesabat məruzəsi ilə çıxış edərək həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini qeyd edib.
Hesabat məruzəsində Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması, əməyin təhlükəsizliyi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, gender, gənclər, idman və təhsil sahəsində görülən işlər barədə geniş məlumat verilib.
Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Baş Kollektiv Sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərinin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Digər çıxışçılar qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkədə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər.
Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya videomüraciəti izlənilib.
Müzakirələrdən sonra AHİK-in qurultaylararası dövr üzrə və Təftiş komissiyasının hesabatları, eləcə də yeni Nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da AHİK-in VIII Qurultayı işini başa çatdırıb.
Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilir.
"Far.Az" xəbər verir ki, tədbirdə AHİK-in rəhbər heyəti və nümayəndələri, nazirlər, bir sıra dövlət qurumlarının nümayəndələri, deputatlar, ölkənin siyasi-ictimai xadimləri və xarici qonaqlar iştirak edirlər.
Qurultayda hesabat məruzələrinin dinlənilməsi, gündəlikdə duran məsələlərin müzakirəsi və bir sıra qərarların qəbul edilməsi nəzərdə tutulur.
Qurultayın gündəliyinə AHİK-in 2018-2025-ci illər üzrə fəaliyyəti haqqında hesabat, Təftiş Komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi













