IFFHS 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb
Far.Az xəbər saytı

IFFHS 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci il üçün ən yaxşı qapıçının adını açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İngiltərənin "Mançester Siti" klubunun qolkiperi Canluici Donnarumma layiq görülüb.

26 yaşlı "əlcək sahibi" 169 xalla birinci olub.

"Real"dan (İspaniya) Tibo Kurtua ikinci (65 xal), "İnter"dən (İtaliya) Yann Sommer üçüncü (59), "Bavariya"dan (Almaniya) Manuel Noyer dördüncü (50) və "Arsenal"dan (İngiltərə) David Raya beşinci (40) olub.

Qeyd edək ki, Donnarumma daha əvvəl FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər