İtaliya Superkubokunun finalında "Bolonya" və "Napoli" komandaları qarşılaşacaq
Far.Az xəbər saytı

İtaliya Superkubokunun finalında "Bolonya" və "Napoli" komandaları qarşılaşacaq


"Bolonya" futbol üzrə İtaliya Superkubokunun yarımfinalında penaltilər seriyasında "İnter"i məğlub edib.

"Far.Az"un məlumatına görə, turnir Səudiyyə Ərəbistanında keçirilir.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə "Bolonya" daha dəqiq olub – 3:2. Əsas vaxtda "İnter"in heyətində Markus Tyuram (2-ci dəqiqə) fərqlənib. "Bolonya"nın qolunu isə Rikardo Orsolini (35-ci dəqiqə, penalti) vurub.

"İnter" İtaliyanın vitse-çempionu, "Bolonya" isə ölkə kubokunun sahibidir. Birinci yarımfinalda İtaliyanın hazırkı çempionu "Napoli" kubokun finalçısı "Milan"ı 2:0 hesabı ilə məğlub edib. Final oyunu 22 dekabrda keçiriləcək.

Ötən il İtaliya Superkubokunun sahibi "Milan" olub, o, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edib. Ən çox titul qazanan klub isə "Yuventus"dur – Turin təmsilçisi bu kuboku 9 dəfə qazanıb. "Bolonya" isə tarixində ilk dəfə İtaliya Superkubokunun finalına yüksəlib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
"Napoli" İtaliya Superkubokunun finalında
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər