İngiltərə Premyer Liqası: "Liverpul" "Tottenhem"i məğlub edib
Far.Az xəbər saytı

İngiltərə Premyer Liqası: "Liverpul" "Tottenhem"i məğlub edib


"Liverpul" İngiltərə Premyer Liqasının XVII turunda səfərdə "Tottenhem"i məğlub edib.

"Far.Az"un məlumatına görə, Londondakı "Tottenhem Hotspur" stadionunda keçirilən oyun 2-1 hesabı ilə mersisaydlıların xeyrinə başa çatıb.

Oyunu Con Bruksun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.

33-cü dəqiqədə londonluların yarımmüdafiəçisi Xavi Simons meydandan qovulub. 57-ci dəqiqədə Aleksander İsak hesabı açaraq qonaqlara üstünlük qazandırıb. İsveçli qol zamanı zədələnib və onun yerinə Brennan Conson çıxıb.

66-cı dəqiqədə Uqo Ekitike "Liverpul"un hesabdakı üstünlüyünü ikiqat artırıb. Rişarlison 83-cü dəqiqədə qolların birinin əvəzini çıxıb. 90+4-cü dəqiqədə Kristian Romero ikinci sarı vərəqə alıb.

Bu oyundan sonra "mahmızlar" Premyer Liqada 22 xalla 13-cü, "qırmızılar" isə 29 xalla beşinci yerdədir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyununda ikinci qol vurulub - YENİLƏNİB-5
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər