"SpaceX" "Starlink" peyk qruplaşmasının orbitə yerləşdirilməsini dayandırıb
"SpaceX" şirkəti orbitdəki ciddi insidentin yaranma şərati aydınlaşdırılana qədər "Starlink" peyk qruplaşmasının yerləşdirilməsini dayandırıb.
"Report" xəbər verir ki, ilin sonuna planlaşdırılan azı dörd buraxılış 2026-cı ilə keçirilib. Buna səbəb Starlink-35956 (2025-271n) peykindəki "anomaliya" olub. Şirkətin hesabatına görə, aparatda yanacaq çənindən arqon buraxılıb və idarəetməni itirilməsin səbəb olub.
Peyk xaotik hərəkətə başlayıb və əslində kosmik zibilə çevrilib. "SpaceX" həmçinin az sayda izlənilən obyektin aparatdan ayrılmasını qeydə alıb.
Qəzalı kosmik aparatın atmosferin sıx təbəqələrinə girmədən və yanmadan əvvəl orbitdə bir neçə həftə nəzarətsiz qalması gözlənilir. Hadisə qruplaşmanın sonrakı genişlənməsinin təhlükəsizliyini də şübhə altına alır.
"SpaceX" smartfonlara birbaşa 5G bağlantısını təmin etmək üçün əlavə 15.000 V3 (Direct-to-Cell) peykinin buraxılması üçün icazə istəməyi planlaşdırır. Yeni peyklərin yerləşdirildikdə ölçüsünün "Boeing 737" ilə müqayisə edilə biləcəyini nəzərə alsaq, gələcəkdə hər hansı texniki nasazlıqlar kosmik naviqasiya üçün daha ciddi təhlükələr yarada bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
-
Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
-
Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..."













