Ermənistanda Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib
Far.Az xəbər saytı

Ermənistanda Robert Köçəryanın azadlığa buraxılması barədə vəsatət rədd edilib


Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan bildirib.

"Qərar bir çox başqa vəsatətlərin rədd edildiyi eyni əsaslarla çıxarılıb. Görünür ki, şikayətimiz diqqətlə araşdırılmadan ümumi formal ifadələr gətirilir", - o deyib.

A.Orbelyan qeyd edib ki, Köçəryan öz konstitusion vəzifələrini yerinə yetirməkdə ittiham olunur, işin digər epizodu üzrə sabiq prezidentə aid edilən əməlin müddəti təxminən 20 il əvvəl, oğlu Sedraka isə təxminən 15 il əvvəl başa çatıb.

Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə edərək ictimai və iqtisadi əhəmiyyətə malik bir sıra obyektləri bazar dəyərindən ucuz qiymətə əldə edib. Avqustun 27-də isə Antikorrupsiya Komitəsi Köçəryanın iki ay müddətinə həbs edildiyini bildirib. Onun oğlu Sedrak Köçəryan da həbs altındadır. Cinayət işində Köçəryanlara məxsus 35 yer alır, şirkətlərin bir hissəsi möhürlənib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər