"Harmoniya" sənədli filminin təqdimatı keçirilib
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsi olan filmin təqdimatı Nizami Kino Mərkəzində dövlət qurumlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dini icmaların rəhbərlərinin, media nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilib.
Təqdimat mərasimində filmin ideya və məqsədləri, həmçinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyəti barədə çıxışlar edilib.
Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında aparılıb.
Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşam tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.
Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.
Qeyd eədk ki, sənədli film Azərbaycanda müxtəlif dinlərin mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
-
Mərkəzi Nəbatat Bağı auditor seçir













