Naftalan neftinin norma və qaydalara görə istifadəsi ilə bağlı yoxlama keçiriləcək
Naftalan neftinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə uyğun istifadəsinə tibbi nəzarət həyata keçiriləcək.
"Far.Az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi 2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramında əksini tapıb.
Proqrama əsasən, sözügedən yoxlamaları Səhiyyə Nazirliyi və Dövlət Turizm Agentliyi həyata keçirəcək.
Yoxlamaların aparılması zamanı Naftalan neftinin mövcud olan dövlət standartlarına uyğunluğunun və sanitariya norma və qaydalarına əməl edilməsinin yoxlanılması nəticəsində aşkar olunan qüsurların aradan qaldırılması məqsədilə tədbirlər görüləcək.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı
-
Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb
-
Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"













