Olimpiya çempionunun həbsxanadan yazdığı məktub satışa çıxarılıb
Far.Az xəbər saytı

Olimpiya çempionunun həbsxanadan yazdığı məktub satışa çıxarılıb


Rusiyanın "Torpedo" klubunun və SSRİ yığmasının keçmiş hücumçusu, olimpiya çempionu olmuş Eduard Streltsovun həbsxanadan yazdığı məktub satışa çıxarılıb.

"Far.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçunun həyat və futbol haqqında yazdığı məktub üçün 2 milyon rubl (təxminən 43 min manat) tələb edilir.

E.Streltsov SSRİ millisinin heyətində 1956-cı ildə olimpiya çempionu titulunu qazanıb. Karyerası boyunca "Torpedo"da oynamış mərhum futbolçu SSRİ çempionu və kubokunun sahibi olub.

Qeyd edək ki, Eduard Streltsov 1958-ci ilin iyulundan 1963-cü ilin fevralına qədər təcavüz ittihamı ilə həbsdə olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bulvar boyunca avtobus dayanacaqları ilə bağlı YENİ TƏKLİF
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
“Sabah"ın rusiyalı baş məşqçisinin futbolçu karyerası uğurlarla zəngindir - DOSYE

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər