İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır
Far.Az xəbər saytı

İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi əmək mobilliyinin inkişafı və dövlət məşğulluq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt tətbiq edir.

"Far.Az" xəbər verir ki, bunu İƏT Əmək Mərkəzinin baş direktoru Azər Bayramov Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbir çərçivəsində baş tutan panel sessiyasında bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət qurumları üçün geniş imkanlar açır, lakin onun tətbiqi əmək bazarının dəyişən şərtlərinə uyğunlaşma tələb edir.

O qeyd edib ki, rəqəmsal texnologiyalar peşəkar bacarıqların çatışmazlığını aşkarlamağa, əmək bazarının ehtiyaclarını təhlil etməyə və işaxtaranlar üçün aktual vakansiyaları seçməyə imkan verir.

Bayramov, həmçinin Mərkəzin əmək mobilliyi sahəsində müxtəlif ölkələrdə məşğulluq imkanlarının axtarışı üçün süni intellekt əsaslı platformanın yaradılmasını nəzərdə tutan təşəbbüsündən bəhs edib.

Platformanın məqsədi vətəndaşların məşğulluq prosedurları, ixtisas tələbləri, əmək şəraiti və qəbul edən ölkələrin qanunvericiliyi haqqında səhih məlumatlara çıxışını təmin etməkdir.

Mərkəz rəhbəri vurğulayıb ki, süni intellektin tətbiqi şəffaflıq, məlumatların qorunması, bərabər əlçatanlıq və insan hüquqları prinsiplərinə riayət olunması ilə müşayiət edilməlidir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər