Rumıniyada 44 il sonra ilk dəfə cüzam xəstəsi aşkarlandı
Far.Az xəbər saytı

Rumıniyada 44 il sonra ilk dəfə cüzam xəstəsi aşkarlandı


Rumıniya və Xorvatiyada 44 il sonra cüzam xəstəliyi halları aşkarlanıb.

Far.Az xəbər verir ki, Rumıniyada bu xəstəlik uzun müddət görülməyib, lakin Cluj şəhərində istirahət mərkəzində işləyən iki masajist qadında cüzam diaqnozu qoyulub. Onlardan biri 21, digəri isə 25 yaşındadır və hər ikisi İndoneziya vətəndaşıdır.

Rumıniya Səhiyyə Nazirliyi bildirib ki, xəstələrin müalicəsi başlayıb və digər iki şəxs üzərində də testlər davam edir. Səhiyyə naziri Aleksandru Rogobete vurğulayıb ki, cüzam yalnız uzunmüddətli və yaxın təmasla yoluxa bilər, kaplıcaya gələn vətəndaşların narahat olmasına səbəb yoxdur.

Hadisədən sonra istirahət mərkəzi müvəqqəti bağlanıb və geniş yoxlama aparılır.

Eyni zamanda, Xorvatiyanın Split şəhərində də tək bir cüzam halı qeydə alınıb. Xəstə müalicəyə götürülüb və yaxın təmaslı şəxslərə profilaktik müalicə tətbiq edilib. Səhiyyə ekspertləri ümumi yayılma riskinin çox aşağı olduğunu bildirir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, cüzam dəridə lezyonlar, hiss itməsi və sinir zədələnməsi ilə özünü göstərə bilər və erkən diaqnozla tam müalicə oluna bilər.

Oxşar xəbərlər

"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xərçəng xəstəsi olan 48 yaşlı aktyorun SON HALI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər