Azərbaycana qış fəsli daxil olub
Far.Az xəbər saytı

Azərbaycana qış fəsli daxil olub


Bu gün saat 19:03-də Azərbaycana qış fəsli daxil olub.

"Far.Az" xəbər verir ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Oxşar xəbərlər

Gələn il fəsillər Azərbaycana bu vaxtlarda daxil olacaq
Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb
Azərbaycana qış fəslinin daxil olma vaxtı AÇIQLANDI
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"8-ci km" bazarında bu yerin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər