Əli Əsədov: 2024-cü ildə Azərbaycanla Türkiyə arasında imzalanan Fəaliyyət Planı 78 % icra olunub
Far.Az xəbər saytı

Əli Əsədov: 2024-cü ildə Azərbaycanla Türkiyə arasında imzalanan Fəaliyyət Planı 78 % icra olunub


2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı iki ölkənin hökumətinin birgə səyləri nəticəsində icra edilib.

"Far.Az"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 120 bənddən ibarət Fəaliyyət Planı 93 bənd və ya 78 % icra edilib.

"İcrasız qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq. Zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi olaraq yeni müddəalar əlavə olunur. Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110 bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək", - Baş nazir bildirib.

Oxşar xəbərlər

Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər