Azərbaycan Premyer Liqasında bu il keçirilmiş oyunlarda 447 qol vurulub
Misli Premyer Liqasında 2025-ci ildə keçirilmiş 184 oyunda 447 qol vurulub.
"Far.Az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İl ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.
2024/2025 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb. Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.
Bu il 13 komanda Premyer Liqada çıxış edib. "Səbail" ötən, "Qəbələ", "Karvan-Yevlax" və "İmişli" cari mövsümdə bu həyəcanı yaşayıb.
2025-ci ilin ən yaxşısı "Qarabağ" olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) "Qarabağ"dır.
"Köhlən atlar" məğlubiyyətlərin az olmasında "Zirə" ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu "Sabah" isə ilin 3-cü komandasıdır.
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bakıda aeroportdan şəhərin mərkəzinə neçəyə getmək olur? - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













