Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telekom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları baş tutub.
Bu il Paralimpiya Oyunları daha geniş miqyasda təşkil olunub. Oyunlarda 8 idman növü üzrə 130 uşaq paralimpiyaçı iştirak edib. Yarışlar paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia üzrə müxtəlif kateqoriyalarda keçirilib. Sonda qaliblər mükafatlandırılıb.
Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi ölkədə inklüziv idmanın inkişafı üçün münbit şərait yaratmaq, sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmaq və yeni paralimpiyaçı nəslinin yetişdirilməsinə töhfə verməkdir.
"Azercell Telekom" MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib və yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, uşaqların fiziki və psixoloji inkişafına, motivasiyasının artmasına və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
Qalereya
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













