Lənkəranda sərxoş qadın iranlı TIR sürücüsünü qarət etdi
Lənkəranda sərxoş qadın TIR sürücüsünü qarət edib.
Far.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun 164-cü kilometrliyində, Lənkəran rayonunun Girdəni kəndində qeydə alınıb.
İttiham aktına görə, 52 yaşlı Arifə Məcidova (ad və soyad şərtidir) sərxoş halda yol kənarında dayanıb evinə getmək üçün avtobus gözləyirmiş. Bu zaman ölkələrarası yükdaşıma ilə məşğul olan İran vətəndaşı idarə etdiyi TIR-ı onun yaxınlığında saxlayıb. O, sürücünün icazəsi ilə avtomobilə əyləşib. Yolda Arifə sürücünün pul kisəsini saxladığı yeri görüb. Sürücü avtomobildən düşüb aşağıda iş görərkən Arifə içərisində 900 dollar (təxminən 1530 manat) pul kisəsini götürüb. Zərərçəkən bunu biləndə isə Arifə inkar edərək, maşından düşüb və pulu çəmənlikdə çınqılın arasına ataraq ərazidən uzaqlaşıb. Bir qədər sonra taksi ilə həmin yerə pulu götürməyə qayıdıb. Bu zamanadək TIR sürücüsü ərazidən getməyibmiş. Zərərçəkən Arifənin ora qayıtdığını gördükdə hadisə ilə bağlı polisə şikayət edib.
Nəticədə Arifə Məcidova saxlanılıb və barəsində cinayət işi açılıb.
Lənkəran rayon Məhkəməsinin qərarı ilə Arifə Məcidova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













