"Aşk-ı Memnu"nun Firdevsindən ETİRAF: "Adnanın da günahı var"
Far.Az xəbər saytı

"Aşk-ı Memnu"nun Firdevsindən ETİRAF: "Adnanın da günahı var"


Türkiyə televiziya tarixində iz qoyan layihələrdən biri "Aşk-ı Memnu"nun Firdevsi Nebahat Çehre illər sonra serialla bəzi açıqlamalar verib.

Far.Az xəbər verir ki, aktrisa illər sonra qatıldığı bir televiziya proqramında serial haqqında danışıb. Behlül və Bihter obrazları arasındakı qadağan olunmuş eşqə toxunan 81 yaşlı Çehre belə deyib:

"Bu qədər gözəl bir qadınla evlənirsən və evdə çox yaraşıqlı bir qardaşoğlun var. Bu səbəbdən bunları yaşamaq qaçınılmaz idi. Ona görə də Adnanın da günahı var".

Nebahat Çehrenin bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 2008-2010-cu illərdə yayımlanan və ilk gündən tamaşaçıların sevilən serialı olan "Aşk-ı Memnu"nun rejissorluğunu Hilal Saral edib.

Ekran əsərində Nebahat Çehre, Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem və Zerrin Tekindor çəkiliblər.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İllər sonra "Aşk-ı Memnu"nun bu aktrisasını GÖRƏNLƏR TANIYA BİLMƏDİ
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Nebahat Çehrenin şortiklə bağlı açıqlaması təəccübləndirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər