Afrikalı futbolçu oyun zamanı vəfat edib
Far.Az xəbər saytı

Afrikalı futbolçu oyun zamanı vəfat edib


Burundi II Liqasında çıxış edən "Qepye Dyu Lak" komandasının futbolçusu Ayme Qerik oyun zamanı vəfat edib.

"Far.Az" "Sport News Africa" nəşrinə istinadən xəbər verir ki, buna oyunçunun qarşılaşma zamanı ağzında saxladığı və sonra udduğu sikkə səbəb olub.

O, qəfildən meydana yıxılıb. Tibbi heyətin müdaxiləsinə baxmayaraq, afrikalı futbolçu xəstəxanaya aparılarkən ölüb.

Nəşr bildirib ki, sikkə amulet (insanı bəd nəzərdən, bədbəxtlikdən qoruduğuna inanılan əşya və ya simvol) rolunu oynayır və cadugərliklə əlaqələndirilir. Burundidə futbol oyunlarının nəticəsini müəyyən etmək üçün yerli cadugərlərə və sehrbazlara müraciət etmək təcrübəsi geniş yayılıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
III MDB Oyunlarının təhlükəsizliyi üçün FHN tədbirlər görüb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər