Azərbaycan millisinin voleybolçusu Yunanıstan Superkubokunun qalibi olub
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Yunanıstan Superkubokunun qalibi olub.
"Report" Azərbaycan Voleybol Federasiyasına (AVF) istinadən xəbər verir ki, hücumçunun formasını geyindiyi "Panionios" klubu finalda "Olimpiakos"la qarşılaşıb.
Rəhimovanın komandası 3:2 (25:22, 23:25, 24:26, 25:19, 15:12) hesabı ilə qalib gələrək Yunanıstan Superkubokunu qazanıb.
P.Rəhimova qələbədən sonra AVF-nin mətbuat xidmətinə fikirlərini bölüşüb:
"Final oyunu çox gərgin keçdi, lakin biz qalib gəldik. Rəqibimiz Yunanıstan çempionu "Olympiakos" idi. Qələbə münasibətilə komandamı təbrik edirəm. Bu mövsüm komandamızın əsas hədəfi iştirak etdiyimiz bütün yarışlarda qalib gəlməkdir. İlk hədəfimizə çatdıq və inanıram ki, bu qələbə növbəti oyunlar üçün bizə əlavə motivasiya verəcək".
Oxşar xəbərlər
Azərbaycan Voleybol Federasiyasının inkişaf strategiyasında indiyədək görülmüş işlər açıqlanıb
III MDB Oyunları: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb
AVF rəhbərliyi millinin İslamiadada gümüş medal qazanmasını yüksək qiymətləndirib
III MDB Oyunları: Azərbaycanın badminton komandası bürünc medal qazanıb
Azərbaycan Voleybol Federasiyası yarımçıq dayandırılmış oyunla bağlı qərarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi













