Azərbaycanda aqronomlar vahid platformada birləşdiriləcək
Far.Az xəbər saytı

Azərbaycanda aqronomlar vahid platformada birləşdiriləcək


Azərbaycanda aqronomların vahid platformada birləşdirilməsi nəzərdə tutulur.

"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev "Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə" konfransında deyib.

Onun sözlərinə görə, agentlik ölkə üzrə aqronomları vahid platformada bir araya gətirməyi, bitki sağlamlığının qorunması və məhsuldarlığın artırılması istiqamətində mövcud çağırışların müzakirəsi, təcrübə mübadiləsi və birgə həll yollarının müəyyənləşdirilməsi üçün əlverişli mühit yaratmağı hədəfləyir: "Dövri olaraq aqronomların bir araya toplanması və bu cür görüşlərin ənənəvi xarakter alması qarşıya qoyulan əsas məqsədlərdəndir. Görüşlərin mütəmadi keçirilməsi, nəzərdə tutulan tədbirlərin mütəxəssislərlə müzakirə olunması, icra prosesində yaranan problemlərin təhlil edilməsi və onların aradan qaldırılması üçün vaxtında müvafiq müdaxilələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

O qeyd edib ki, kənd təsərrüfatında ərzaq təhlükəsizliyinin təmin edilməsi həm də sahə üzrə mütəxəssislərin fəaliyyətindən asılıdır: "Bizim devizimiz olmalıdır ki, torpaq bizim mirasımızdır. Torpağın hər qarışında əməyi, biliyi və zəhməti olan insanlar aqronomlarımızdır. Torpağımızın sağlam qalması, münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir. Dövlət kənd təsərrüfatının inkişafına dəstək mexanizmləri təqdim edir və bunun davamı olaraq sahədə görülən işlərin düzgün və vaxtında icrası xüsusi əhəmiyyət daşıyır. Dövlət dəstəyini verir, mexanizmlərini yaradır, istiqaməti göstərir. Sertifikatlı toxum və tinglərin seçilməsi, əkinin vaxtında aparılması, iqlimə uyğun sortların müəyyənləşdirilməsi sahədə çalışan mütəxəssislərin təcrübəsindən asılıdır".

Agentlik sədri kənd təsərrüfatı məhsullarının yalnız istehsalının deyil, onların keyfiyyətinin, sağlamlığının və bazarda rəqabət qabiliyyətinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb: "Məhsulun yetişdirilməsi ilə iş başa çatmır. İstehsal olunan məhsul həm bazar tələblərinə cavab verməli, həm də istehlakçı üçün təhlükəsiz olmalıdır. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün aqrar sahədə məhsuldarlığın artırılması, torpaqların münbitliyinin qorunması, düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi və sağlam məhsul istehsalının təmin edilməsi vacib şərtlərdir".

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər