Serbiya və Macarıstan şirkətləri ABŞ-yə sanksiyaların dayandırılması barədə müraciət ünvanlayıblar
Serbiyanın NIS neft-qaz şirkəti və Macarıstanın MOL şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müraciət edib.
"Far.Az" Serbiyanın RTS portalına istinadən xəbər verir ki, bunu Serbiyanın mədən işləri və energetika naziri Dubravka Jedoviç-Handanoviç bildirib.
Onun sözlərinə görə, Serbiya və Macarıstan hökumətləri MOL-un NIS-dəki rusiyalı səhmdarların payını əldə etməsi ilə bağlı danışıqları, həmçinin şirkətə qarşı sanksiya rejiminin yumşaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyiblər.
Nazir xatırladıb ki, OFAC bundan əvvəl NIS səhmdarlarına Rusiya payının satışı ilə bağlı danışıqlar aparmağa imkan verən lisenziyanın müddətini 24 mart tarixinədək uzadıb. Əvvəlki lisenziya isə bu prosesi 13 fevral 2026-cı ilədək məhdudlaşdırırdı.
Oxşar xəbərlər
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ ilk dəfə narkotik kartelinin dronlarına qarşı lazer sistemindən istifadə edib
-
İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
"Qanun" nəşriyyatının tərcüməçisi müəmmalı şəkildə ölüb - Ailəsindən AÇIQLAMA
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"













