Naxçıvanda “KönüllüSən!" layihəsinin açılış mərasimi keçirilib
Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Röya Məmmədovanın “KönüllüSən!” adlı layihəsinin Naxçıvan Müəllimlər İnstitutunda açılış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Far.Az"un yerli bürosuna bildirilib ki, tədbirdə Röya Məmmədova layihəsi haqqında ətraflı məlumat verib və təəssüratlarını iştirakçılarla bölüşüb.
Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək qrant müsabiqələrinin gənclərin inkişafında, onların fəallıqlarının artırılmasındakı rolundan, gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, könüllü gənclərin ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi işinə verdikləri töhfələrdən bəhs edib, layihənin könüllülərlə iş sahəsində faydalı olacağına inamlarını ifadə ediblər.
Sonda tələbələrin əl işlərindən ibarət "Yaşıl dünya naminə həmrəy olaq!" adlı rəsm sərgisinə baxış keçirilib.
Layihə çərçivəsində növbəti günlərdə ekoloji düşərgə, müsabiqə, tullantıların təkrar emalına həsr olunmuş yazı, dekorativ əl işi və rəsm müsabiqəsi, təmizlik aksiyası və gənclər arasında sorğuların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin bağlanış mərasimində müsabiqə qalibləri elan olunacaq.
Oxşar xəbərlər
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
-
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb













