"Mançester Yunayted" icarəyə verdiyi futbolçunu geri çağırıb
Far.Az xəbər saytı

"Mançester Yunayted" icarəyə verdiyi futbolçunu geri çağırıb


İngiltərənin "Mançester Yunayted" klubu "Vest Bromviç"ə icarəyə verdiyi futbolçusu Tobi Kolleri geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi baldır zədəsindən sonra reabilitasiya kursu keçmək üçün "qırmızı-şeytanlar"ın bazasına qayıdıb. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Tobi Kollerin "Vest Bromviç"lə icarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulsa da, Mançester təmsilçisi onu komandada saxlamaq qərarına gəlib.

Futbolçunun zədəsinin sağalmasından sonra Kobbi Meynu ilə rəqabət apara biləcəyi gözlənilir.

Qeyd edək ki, Tobi Koller cari mövsüm Çempionşipdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər