Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı
Far.Az xəbər saytı

Naxçıvana yanacaq daşıyan yük avtomobili aşdı


Biləsuvarda yanacaq daşıyan avtomobil aşıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün köhnə Bakı-Astara magistralının rayona giriş hissəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Ruhin Baxşəlixanlının idarə etdiyi yanacaqla dolu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, xəsarəti yüngül qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yük avtomobilində Naxçıvan Muxtar Respublikasına yanacaq aparılırmış.

Oxşar xəbərlər

Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər