Naxçıvanda "Zəfər Kuboku" voleybol turnirinin qalibi bəlli olub
Naxçıvanda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə "Zəfər Kuboku" turniri başa çatıb.
"Far.Az"un yerli bürosunun məlumatına görə, dekabrın 28-də yarışın final görüşü keçirilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan həlledici qarşılaşmada Fövqəladə Hallar Nazirliyi (FHN) və Mədəniyyət Nazirliyinin komandaları qarşılaşıb. Oyun 3:2 hesabı ilə FHN-in kollektivinin qələbəsi ilə yekunlaşıb.
Mükafatlandırma mərasimində öncə turnirin hakimləri təşəkkürnamə ilə təltif olunublar. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal və kuboklar təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov təqdim edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının birgə təşkil etdiyi turnir noyabrda start götürmüşdü. Yarışda 10 komanda iştirak edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb













